Beynəlxalq xəbərdarlıq: “Boinq-737” təhlükəlidir

Keşiş Misirdə təyyarə qəzasında həlak olanların meyitlərini gətirən hökumət təyyarələrinə baxarkən.

Beynəlxalq Aviasiya Komitəsi (BAK) Kazanda təyyarə qəzasından sonra Rusiya aviasiyasına məxsus “Boinq-737” təyyarəsinin istismarı üçün sertifikatını geri çəkməklə bağlı verdiyi qərara aydınlıq gətirib.

BAK qeyd edib ki, 2013-cü ildə “Boinq” qəzaya uğrayandan sonra onlar Rusiya aviasiyası qarşısında bu tipli təyyarələrin yenidən qurulmasının vacibliyi barədə dəfələrlə məsələ qaldırıblar, ancaq ““Boinq-737” istifadəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı nəticənin şahidi olmayıblar. Buna görə 20 milyon sərnişin əhəmiyyətli risk altında qalır, deyə Beynəlxalq Aviasiya Komitəsinin saytında bildirilir.

Rusiya aviaşirkətləri hələ də “Boinq-737”-də uçur

Beynəlxalq Aviasiya Komitəsi bu tip təyyarələrin istismarına sertifikat vermədiyi halda Rusiya aviaşirkətləri “Boinq-737”-də uçuşlara davam edirlər.

Hazırda Rusiya aviaşirkətləri “Boinq-737”-nin müxtəlif modifikasiyalı 135 təyyarəsindən istifadə edir. Bu laynerlər o cümlədən, “Aeroflot”, YUTəyr” vəS7 avikampaniyalarında geniş yayılıb. “Boinq-737”-ni istismar edən iri kampanilardan biri də bir həftə öncə uçuşlarına verilən sertifikatın geri alındığı “Transaero”dur.

Bu qərar “Transaero”-nu iflas edib, onun sərnişinlərini “Aeroflot” daşımağa başlayıb.

Beynəlxalq Aviasiya Komitəsinin rəhbəri Tatyana Anodina “Transaero”-nun şəiki Aleksandr Pleşakovanın anasıdır.