Sahil Babayev Kəmaləddin Heydərovun yerinə keçdi

Sahil Babayev

Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşib. ABF-in baş katibi Nağı Səfərov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçiliblər.

Buna qədər Azərbaycan Boks Federasiyasının Prezidenti Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov idi.

Azərbaycanda bir çox idman federasiyalarına nazirlər rəhbərlik edir.