Bolqarıstan Rusiya təyyarələrini ABŞ qırıcıları ilə əvəzləmək istəyir

F-16 qırıcı təyyarəsi

Bolqarıstan prezidenti Boyko Borisov deyib ki, Sovet dövrünün istehsalı olan köhnə MiG-29-ların aviaparkını ABŞ-ın F-16 təyyarələri ilə təzələmək ən yaxşı seçimdir.

Borisov bu bəyanatı Avropa İttifaqının Sofiyada keçirilən sammitinin ikinci günündə verib.

Xəbər verilir ki, NATO üzvü Bolqarıstan azı səkkiz F-16 qırıcısı almaq məqsədilə 1 milyard dollar vəsait ayırıb.

Bolqarıstanın Müdafiə Nazirliyi hazırda ABŞ-dan yeni Lockheed Martin F-16 qırıcılarını və Boeing-in istehsalı F-18 döyüş təyyarələrini və İsveçrədən Gripen təyyarələrini almaq təkliflərini nəzərdən keçirir. Bolqarıstan indiyədək İtaliyadan işlənmiş Eurofighter qırıcıları alıb.

Borisov deyib ki, Müdafiə Nazirliyinin seçim prosesinə müdaxilə etmək istəməzdi, amma pilotlardan eşitdiyinə görə F-16 qırıcıları başqa döyüş təyyarələrindən əhəmiyyətli dərəcədə yaxşıdır.

Borisov və müdafiə naziri Krasimir Karakachanov dekabrın 15-də ABŞ dövlət katibinin müavini John Sullivan-la danışıqlara başlamalıdırlar.

MiG-29

Sullivan Sofiyaya dekabrın 14-də özünün Mərkəzi Avropa və Qərbi Balkanlara səfər turu çərçivəsində gəlib. ABŞ rəsmiləri deyirlər ki, o, “Rusiyanın regiondakı aqressivliynə” qarşı yerli hökumətlərin dəstəyini səfərbər etməyə çalışır.

Sullivan dekabrın 13-də Slovakiya və Lockheed Martin şirkəti arasında bu ölkəyə 14 ədəd F-16 qırıcısının satılması barədə sazişin imzalanma mərasimində iştirak edib. Slovakiya da MiG-29 təyyarələrini F-16-larla əvəzləmək niyyətindədir.

Sullivan deyib ki, Lockheed Martin şirkətinin öz təyyarələrini Mərkəzi Avropada satmaq təşəbbüsü çox əhəmiyyətlidir, beləki bu Bolqarıstana başqa NATO müttəfiqləri ilə daha rahat texniki əməkdaşlıq imkanları verəcək.