Braziliyada ölənlərin sayı 34 nəfərə çatıb

Mine dam in Brazil bursts

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə hakim dairələr xəbər verir.

300-dək adam hələ də itkin düşmüş hesab olunur.

Onlar Belu-Orizonti şəhəri ətrafındakı “Vale”dəmir-filiz mədəninin işçiləri və yerli sakinlərdir.

Xilasedici əməliyyatlarda yüzlərlə adam iştirak edir.

Fəlakət zonasına həmçinin minə yaxın hərbçi göndərilib.

Amma xilasedicilər kimlərinsə sağ qalmasına artıq ümid etmirlər.

İndiyədək cəmi 170-ə yaxın adam xilas edilib.

Ölkə prezidenti Jair Bolsonaru yanvarın 26-da hadisə yerinə baş çəkib.

Ətraf mühitin mühavizəsi nazirliyi artıq “Vale” şirkətinə 66 milyon dollardan çox cərimə kəsib.

2015-ci ildə həmin ştatdakı “Minas Jeyras” mədənində baş verən qəza nəticəsində 19 adam ölmüşdü.

Dəmir-filiz yatağının çirkablarını saxlayan bənd yanvarın 25-da dağılıb.

Nəticədə sel ətrafdakı tikili və bir neçə evi basıb.

Ətrafdakı evlərin sakinləri köçürülüb.