Britaniyada millət vəkili Devid Eymesin qətli terror aktı elan olunub.
Bu qətllə bağlı cinayət təhqiqatını bələdiyyə polisinin antiterror komandası aparır.
Bu arada BBC hökumətdəki mənbəyə istinadən xəbər verir ki, hadisə ilə bağlı saxlanmış 25 yaşlı şəxs Somali əsilli Britaniya vətəndaşıdır.
***
Britaniyada parlamentin aşağı palatası – İcmalar Palatasının Mühafizəkar Partiyadan millət vəkili Devid Eymes oktyabrın 15-də seçicilərlə görüş zamanı bıçaqlanaraq öldürülüb.
Britaniya mediasının verdiyi xəbərə görə naməlum şəxs deputata əlində bıçaqla Esseks vilayətindəki Ley on-Si şəhərinin kilsəsində hücum edib.
Ona elə kilsədə təcili tibbi yardım göstərilsə də, Eyms iki saatdan sonra keçinib.
Polis hadisə ilə bağlı 25 yaşlı şəxsin saxlandığını bildirib. Hücum edənin şəxsiyyəti və mümkün motivləri barədə hələki heç nə deyilmir.
Polis bunu da bildirir ki, hadisə ilə bağlı başqa heç kim axtarılmır.
Lord Devid Eymes 69 yaşında idi. O evli idi və 5 övladı var.
Eyms 1983-cü ildən bəri deputat idi. Yerli medianın yazdığına görə deputat abortlara qarşı çıxır və heyvanların müdafiəsi məsələləri ilə məşğul olurdu.
Birləşmiş Krallığın siyasi partiyaları baş verən hadisədən dərin sarsıntı keçirdiklərini bildiriblər.
Lord Devidin ölümü ilə bağlı parlament binasındakı bayraqlar yarıyadək endirilib.
İcmalar Palatasının spikderi lord Lindzi Hoyl deyib ki, bu hadisə bütün parlament icmasını və ölkəni şoka salıb.