Britaniya Rusiyanın 386 deputatına sanksiyalar qoydu

Dövlət Duması

Britaniya Rusiya Dövlət Dumasının 386 deputatına qarşı sanksiyalar irəli sürüb.

Bunlar Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinə yol açmış qərarlara səs verənlərdir.

Sanksiyalar bu şəxslərin Britaniya ərazisinə daxil olmalarını qadağan edir.

Bu da qeyd olunur ki, onların Britaniyadakı bank hesabları təftiş olunacaq.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, sanksiyalar habelə ötən fevralda Ukrayna ərazisindəki qondarma DXR və LXR-in tanınmasına səs vermiş deputatları əhatə edir.

Xarici işlər naziri Liz Trass deyib ki, London Rusiya iqtisadiyyatına qarşı boğucu sanksiyaalrını davam etdirəcək.