Türkiyədə həbsdən azad edilən amerikalı keşiş Andrew Brunson oktyabrın 13-də hərbi təyyarə ilə ölkəsinə yola salınıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Reuters və digər qərb agentliklərinin məlumatına görə,təyyarə yanacaq götürmək üçün Almaniyada qısa eniş edib.
Türkiyə məhkəməsi 1 gün öncə onun barəsində ev dustaqlığını və ölkədən çıxışına yasaqı ləğv edib.
Pastora terrorçuluq ittihamları il 3 il həbs cəzası kəsilib. Amma cəzasının bir hissəsini artıq çəkdiyindən sərbəst buraxılıb.
Brunson 2016-cı ilin oktyabrında saxlanmışdı.
Onun Türkiyədə həbsi Vaşinqtonla Ankara arasındakı münasibətləri daha da korladı.
Buna da bax: Türkiyə böhranı ‘dərhal’ bitirə bilər, əgər…
Vaşinqton bu ilin avqustunda iki Türkiyə rəsmisinə qarşı sanksiya tətbiq elədi, bundan başqa Türkiyədən polad və alüminium idxalına tarifləri ikiqat qaldırdı.
ABŞ bundan başqa NATO-da müttəfiqi olan bu ölkəyə F-35 təyyarələrinin verilməsini təxirə saldı.
Türkiyə hakimiyyəti keşiş Brunson-u kürd yaraqlıları və hazırdaABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənlə əlaqəsə ittiham edir.
Türkiyə hökuməti deyir ki, 2016-cı ilin iyulundakı uğursuz çevriliş cəhdinin arxasında Fətullah Gülən durur.
Gülən ittihamları rədd edir.