Plakatların arxasındakı kəndlər...

Masallıda referendum təbliğat plakatları. sent.2016

Masallı sakini: «Bu kənddən səsverməyə 15 nəfər getsə...»

«Kəndə referendum əleyhinə təbliğat gedir, lehinə yox. Kənd camaatına təbliğat lazım deyil. Hər şey göz qabağındadır. Bu kənddən səsverməyə 15 nəfər getsə qələbə sanardım. Nə üçün vəziyyət belədir? İndi sizi başa salım. Kəndə iş yox, yoxsulluq bizi əldən salıb. Heç kim referendumun hayında deyil. Bizə su vermədilər ki, əkinlərimizi suvaraq. Hansı üzlə bizə gəlib referendumun lehinə təbliğat aparacaqlar?»

«Torpağımızı əlimizdən alırlar»

«Bu kənddən səsverməyə 15 nəfər getsə qələbə sanardım. Nə üçün vəziyyət belədir? İndi sizi başa salım╗.

Bu sözlər Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənova məxsusdur. Ancaq onun dediyinə görə kənd sakinlərinin referenduma münasibəti birmənalı deyil: «Kəndə vəzifədə işləyənlər ailə üzvləri ilə gedəcəklər səs verməyə. Vəssalam. Mərkəzi Seçki Komissiyasının buraxdığı kitabçalar ailələrə çatdırılıb. Dördüncü kursda oxuyan övladım Konstitusiyada ediləcək dəyişiklikləri oxudu. Mən belə başa düşdüm ki, bu dəyişikliklərin bizə aidiyyatı yoxdur. Burda nə bərabərlikdən, nə demokratiyadan söhbət getmir. Əksinə torpağımızı əlimizdən alırlar. İş ondadır ki, kəndə oxuyub yaza bilməyən ailələr var. Onlar necə başa düşsün bunu? Nə gələn var, nə gedən. Təbliğat getmir».

Buna da bax:​ Təşviqat qrupları pulsuz efir istəmir

«Üstəlik bizdən əlavə səlahiyyətlər istəyirlər?»

«Həyat yoldaşım əlildir. Mehriban xanıma məktub yazdı, kömək istədi. Cavab gəldi ki, siz fəxr etməlisiniz ki, uşaqlarınız ali məktəblərdə oxuyurlar»/

Səmədağa Həsənovun fikrincə Konstitusiyada ediləcək dəyişikliklərdən kənd sakinlərin xəbəri olmasa yaxşıdır: «Nə xeyri ola bilər? Dörd uşağım var, dördü də məktəbdə oxuyur. Həyat yoldaşım əlildir. Mehriban xanıma məktub yazdı, kömək istədi. Cavab gəldi ki, siz fəxr etməlisiniz ki, uşaqlarınız ali məktəblərdə oxuyurlar. Orta məktəbdə oxuyan övladıma 16 kitab düşür. 2012-ci il də çıxıb. İndi təzəsi çap olunub. Deyirlər təzəsini alın. Əkinlərimiz məhv oldu. Nə ilə alaq? Dövlətin ali təhsil alan tələbələrə verməyə yataqxanası yoxdur. Belə yaşayışdan kim razı olar? Hələ, üstəlik bizdən əlavə səlahiyyətlər istəyirlər?»

Əli Axundov

«Təşviqat qrupları yerlərdə olmalıdırlar»

«Narazılıq var. Ona görə təşviqat qrupları yerlərdə olmalıdırlar. Əhalinin suallarına cavab verməlidirlər. Camaat məmurlardan narazılıq edir. Məsələn 4 ildir ki, icra hakimiyyəti başçısı bu əraziyə gəlmir╗.

Lənkəran rayonun Gəgiran kənd sakni, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 15 saylı seçki məntəqəsinin üzvü Əli Axundov sosial vəziyyətin heç də yaxşı olmadığını deyir. O, məmurların əhali arasında narazılıq yaratdığını dilə gətirir: «Mərkəzi Seçki Komissiyasının əhali üçün nəzərdə tutulmuş sənədləri paylanılıb. Bu sənədlərdə referenduma çıxarılacaq dəyişikliklərin müqayisəli variantları verilib. Hansısa təşviqat qrupu kəndə olmayıb. Problemlərlə bağlı camaatda narazılıq var. Elə adamlar var ki, o sosial yardım almalıdır, iş yerləri yoxdur. Narazılıq var. Ona görə təşviqat qrupları yerlərdə olmalıdırlar. Əhalinin suallarına cavab verməlidirlər. Camaat məmurlardan narazılıq edir. Məsələn 4 ildir ki, icra hakimiyyəti başçısı bu əraziyə gəlmir. Halbuki, prezident 300 kilometr yolu gəlib adamlarla görüşür».

Buna da bax:​ Referendum təşviqatında açıq və qapalı yerlər açıqlandı

«Heç olmasa gəlib camaata vəd versinlər. Dərs ili başladı. Məktəbə 3 kilometr yol var, şagirdlər məktəbə gələ bilmirlər. Belə şəraitdən kim razılıq edər?»

Onun sözlərinə görə kəndə Konstitusiyaya ediləcək dəyişiklərlə bağlı məlumatı olanlar var. Ancaq narazılıq edənlər çoxdur : «Burdan Lənkərana 40 kilometr yoldur. Yol problemi var. Heç olmasa gəlib camaata vəd versinlər. Dərs ili başladı. Məktəbə 3 kilometr yol var, şagirdlər məktəbə gələ bilmirlər. Belə şəraitdən kim razılıq edər?»

«Müxalif siyasi təşkilatların imkanları yoxdur»

«Müsavat partiyasının rayon təşkilatı imza topladı. Onlara da təzyiqlər oldu».

Lənkəran Müəllimlər cəmiyyətin sədri Rahim Nuriyev də referendumla bağlı təbliğatın zəif getdiyini deyir: «Orda edilən dəyişikliklər əhaliyə düzgün izah olunmur. Müxalif siyasi təşkilatların da imkanları yoxdur ki, bu dəyişikliyi əhaliyə tam şəkildə izah eləsinlər. Müsavat partiyasının rayon təşkilatı imza topladı. Onlara da təzyiqlər oldu. Əsil mahiyyətini gizlədirlər. Təşviqat qrupların işini hiss etməmişəm, bilmirəm».

Buna da bax:​ Ödənişsiz təşviqat İTV-də olacaq

Masallı rayonun Həsənli kənd sakini Ələsgər Həsənli

Masallı rayonun Həsənli kənd sakini Ələsgər Həsənli də deyir ki, referendumla bağlı təbliğat getmir: «Plakatlardan başqa heç nə yoxdur. Bildirişləri, Konstitusiyada ediləcək dəyişikliklərlə bağlı kitabçaları paylayıblar. Ancaq kimsə gəlsin əhali ilə görüşüb söhbət etsin, bu yoxdur».

«Bu plakatlar eynilik təşkil edir, yalnız adda fərq var. Lövhələrin yanında saatlarla müşahidə apardıq. Bir nəfər də olsun bu lövhələrə vurulmuş plakatlara nəzər saldığını görmədik».

77 saylı Astara, 76 saylı Lənkəran-Astara seçki dairələrin bir neçə seçki məntəqələrində olduq. Seçki məntəqələrin lövhələrində «Yeni Azərbaycan», «Vətəndaş cəmiyyəti», «Bələdiyyə» təşviqat qruplarına məxsus plakatlara rast gəldik. Seçki məntəqələrində də plakatlar vurulmuşdu. Bu plakatlar eynilik təşkil edir, yalnız adda fərq var. Lövhələrin yanında saatlarla müşahidə apardıq. Bir nəfər də olsun bu lövhələrə vurulmuş plakatlara nəzər saldığını görmədik.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Eyni zamanda, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Bütün bunlardan başqa, layihə qəbul olunarsa, bu torpaq üzərində xüsusi mülkiyyət hüququnun qanunla məhdudlaşdırılmasına imkan yaradacaq.