-
Fransanın Kann şəhərinin dövlət orqanları şəhərin yerli çimərliklərində burkinidə çimməyi qadağan edib.
Burkini qadın bədənini başdan topuğa qədər örtən xüsusi çimərlik geyimidir.
ABC news xəbər verir ki, şəhərin meri David Lisnar bildirib ki, belə bir geyim əxlaq qaydalarına, sekulyar prinsiplərə və eləcə də təhlükəsizliklə yanaşı gigiyena normalarına da cavab vermir. O, həmçinin onu da qeyd edib ki, dini vurğulayan bu geyim ictimai asayişi də poza bilər. Burkini geyinən şəxslərə 38 avro məbləğində (42 ABŞ dolları) cərimə qoyulub.
Qeyd edilir ki, bu qadağa 15 iyul Nitsada və 26 iyul Sent-Etyen-de-Ruvre şəhərinin kilsəsindəki partlayışların fonunda tətbiq edilib.
Buna da bax: Hollandiyada da minarəyə qadağa təklifi
Qadının bütünlüklə üzünü örtən baş örtükləri Fransada 2011-ci ildən qadağan edilib. Bu qadağadan sonra bir neçə müsəlman qadın dini azadlığın pozulması iddiası ilə məhkəməyə müraciət etmişdilər. 2014-cü ilin iyul ayında isə İnsaq Haqları üzrə Avropa Məhkəməsi Fransa hakimiyyətin qoyduğu qadağanı təsdiq etdi. Fransada burkaya görə isə 150 avro məbləğində cərimə tətbiq edilir.
Burkini 39 yaşlı Avstriyada yaşayan livanlı Axed Zaetti tərəfindən 2008-ci ildə yaradılıb. Müsəlman olan Axedin sözlərinə görə, əvvəllər o saç ustası olmaq istəyib, lakin müsəlman qadınlarına kömək niyyəti onun həyatını dəyişib. Nəticə olaraq, müsəlmaq qadınlar üçün idman geyimləri və həmçinin burkini meydana gəlib.
Buna da bax: Avropa ölkələrində hicab
Nikolya Sarkozinin hakimiyyəti dövründə baş örtüklərinə qoyduğu qadağanı o, baş örtüyünün müsəlman qadınlarına təzyiq, onların sanki həbs altında yaşadıqlarını və individuallıqdan məhrum etdiyi ilə izah edirdi.
Lakin amerikan atropoloqu və “Niyə fransızlar baş örtüklərini sevmirlər?” kitabının müəllifi Con Bouen Sarkozinin bu münsaibəti ilə bağlı yazırdı ki, o, müsəlman qadının geyimindən islam ekstremizmindən doğan problemləri həll etmək üçün istifadə edir: “Baş örtüyünün qadınlara zülm rəmzi olmasını təsdiq edən konkret dəlillər yoxdur. Bu sadəcə sübutu olmayan bir sözdür”.
Buna baxmayaraq, Sarkozinin dövründən İslam dininə uyğun geyim və baş örtükləri məktəblərdə qadağan edildi. Daha sonra isə hovuzlarda burkinidə çimmək qadağası tətbiq edildi.