Buşehr işə düşür

Buşehr zavodu

İyunun 20-də zavodun “texniki nasazlıq” səbəbindən bağlandığı açıqlanmışdı

İranın yeganə nüvə enerjisi zavodu Buşehr iki həftə bağlı qalandan sonda işə düşüb. Açıqlamanı iyulun 5-də zavodun meneceri verib.

ISNA xəbər agentliyi Mahmud Cəfəriyə istinadla yazır ki, Buşehr zavodunun bağlanmasına səbəb olmuş “texniki nasazlıq” “aradan qaldırılıb”, zavodda enerji hasilatı bərpa olunub.

Cəfəri sakinləri elektrik istehlakını azaltmaqla ölkənin yüklənmiş şəbəkəsinə kömək etməyə çağırıb. Növbəti günlərdə İranda havanın temperaturunun yüksələcəyi gözlənir.

İyunun 20-də zavodun “texniki nasazlıq” səbəbindən bağlandığı açıqlanmışdı.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) zavodla bağlı məlumatlardan xəbərdar olduğunu açıqlasa da, əlavə şərh verməyib.

Fars Körfəzi sahilində yerləşən Buşehr İranda deyil, Rusiyada istehsal olunan uranla işləyir, fəaliyyətinə BAEA nəzarət edir.