Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.
İƏT növbədənkənar sammir keçirir
İƏT noyabrın 12-də İsrail-Fələstin münaqişəsi və son aylar həmin bölgədə yaşananları müzakirə etmək üçün növbədənkənar sammit keçirəcək.
İƏT 1969-cu ildə yaradılıb.
HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, min 400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.
Fələstin rəsmiləri 10 min 800-dən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.
Qəzzadakı səhiyyə rəsmiləri və yardım təşkilatları bildirirlər ki, dağıntılar altından cəsədlər çıxarıldıqca, ölü sayı da artacaq.
İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.