Bəzi çimərliklər normativ tələblərə cavab vermir

Sizin brauzer HTML5-i dəstəkləmir

Hansı çimərliklər çirklənib? - Xəbərdarlığa qulaq asan yoxdur (Arxiv. 2022)

Bakının Şıx, Sahil, Hövsan, Türkan, Sumqayıt şəhər, şimal bölgəsi (Yalama, Nabran, İstisu,…) və ölkənin cənubunda Lənkəran, Astara rayon çimərliklərindən istifadə müvəqqəti tövsiyə olunmur.

Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatında bildirilir.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ölkədəki çimərliklərdə monitorinqlər keçirilib: "Həmin ərazilərdə… dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib".

Amma məlumatda bir çox çimərliklərdə də göstəricilərin normal olduğu vurğulanır: "Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb".

Azərbaycanda hər il olduğu kimi, bu il də iyunun 15-dən çimərlik mövsümü başlamalıdır.