Yerli akulaların söhbəti

Noyabrın 11-də Bakıda BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransı başlanıb. Problemə diqqəti çəkmək üçün Bakı bulvarına balina maketi də yerləşdirilib. Son dövrlər bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin belə tədbirlərə ev sahibliyi etməklə özünün beynəlxalq imicini yaxşılaşdırmağa, ölkədəki insan haqlarının pozulması, korrupsiya kimi problemləri ört-basdır etmək cəhdində suçlayıblar. Hökumət bu ittihamları qəbul etmir.