Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
146 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 73 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 14-də habelə verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.
"İndiyədək Azərbaycanda ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir ",qərargah qeyd edib.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.