Son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Rəsmi məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 min 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 min 339 nəfər müalicə olunaraq sağalıb, 4 min 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1 min 99 nəfərdir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.