Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 242 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 345 nəfərin sağaldığı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 6-da habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 349 min 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 min 258-i sağalıb, 5 min 51-i vəfat edib, aktiv xəstə sayı isə 10 mini keçib.
Son günlər Azərbaycanda koronavirusa yoluxmada yenə artım olduğu açıqlanır. Avqustun 5-də 1 min 196, 4-də 996, 3-də 931, 2-də isə 431 şəxsin bu virusa yoluxduğu bildirilmişdi.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.