Turistlər kosmosa yollanıb

Falcon 9 raketi

SpaceX göyərtəsində turistlərin olduğu Crew Dragon gəmisini Falcon 9 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola salıb. Bu, Axiom şirkətindən ikinci tamamilə kommersiya xarakterli kosmik uçuşudur.

Ekipaja keçmiş NASA astronavtı və BKS-nin ilk qadın komandiri Peqqi Uitson (Peggy Whitson) rəhbərlik edir. Gəminin pilotu iş adamı Con Şoffnerdir.

Ekipaja Səudiyyə Ərəbistanından astronavtlar Rayyan Barnavi Əli əl-Karni daxildir. Onlar bu ölkənin BKS-nı ziyarət edən ilk vətəndaşları olacaqlar. Bundan əlavə, Barnavi kosmosa səyahət edən ilk səudiyyəli qadındır.

Astronavtlar BKS-da səkkiz gün keçirəcək, stansiyanın heyəti ilə birgə işləyəcəklər.

“Axiom”un kommersiya proqramı çərçivəsində missiyanın hər bir üzvü üçün bir uçuşun dəyəri 55 milyon dollar qiymətləndirilir. Belə uçuşların ildə iki-üç dəfə həyata keçirilməsi planlaşdırılır.

Aprelin sonunda SpaceX-in Starship kosmik gəmisi olan daşıyıcı raket ABŞ-da buraxıldıqdan 4 dəqiqə sonra partlayıb.