AzadlıqRadiosunun ştatdankənar müxbiri Yuliya Vişnevetskaya Dağıstanda başqa etirazçılarla birgə saxlandıqdan sonra ona beş sutkalıq həbs cəzası verilib.
Bu barədə məlumatı sentyabrın 28-də jurnalistin vəkili Aida Kasimova verib.
Vişnevetskaya Kremlin Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan etməsinə qarşı icazəsiz etiraz aksiyası barədə reportaj hazırlayırdı.
Kasimova deyib ki, Vişnevetskaya icazəsiz mitinqdə iştirak ittihamı ilə həbs edilib.
AzadlıqRadiosunun prezidenti Ceymi Flay (Jamie Fly) jurnalistin dərhal azad edilməsinə çağırıb.
Buna da bax: Almaniyadan deportasiya olunan daha bir fəala 7 il həbs cəzası kəsildi120 nəfər saxlanır
Saxlanılan daha iki jurnalist İdris Yusupov və Sergey Ainbinder deyiblər ki, polis saxlanan jurnalistlərin çoxundan mobil telefonları müsadirə edib və onların vəkillə görüşünə imkan verilmir.
Yusupov və Ainbinder saxlandıqdan 17 saat sonra sərbəst buraxıldıqlarını bildiriblər.
Yusupov AzadlıqRadiosuna deyib ki, hazırda polisdə 100-dən çox qadın və kişi saxlanır və onlar inzibati xətalarda ittiham olunurlar.
Bundan əvvəl sentyabrın 26-da Dağıstanın paytaxtı Maxaçqalada əsasən qadınların iştirak etdiyi mitinq keçirilmişdi.
Bu aksiyada ümumilikdə 120 nəfər saxlanıb və onlardan 8-nə qarşı cinayət işi açılıb.
OVD-Info insan haqları qrupunun məlumatına görə Rusiya boyunca ümumilikdə səfərbərliyə etiraz edən azı 2398 nəfər saxlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir