Dağlarda leysan gözlənir

Yağış, arxiv foto

Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Avqustun 26-da Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təxmin edilir.