Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şəmsi Kəsəmənlinin bu gün, aprelin 25-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası aldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, Ş.Kəsəmənlini dünən, aprelin 24-də polis yaşadığı evindən aparıb:
"Bu gün, aprelin 25-də isə yaxınlarına zəng vuraraq bildirib ki, sosial şəbəkədə paylaşımına görə, ona 15 sutka müddətinə həbs cəzası verilib. Lakin hansı maddə ilə həbs olunduğunu və başqa detalları açıqlamayıb".
Partiyadan vurğulayıblar ki, B. Kəsəmənlinin həbsi son günlər onlara qarşı artan təzyiqlərin tərkib hissəsidir.AXCP-dən qeyd olunduğuna görə, son həftələr 10-a yaxın cəbhəçi fəal müxtəlif ittihamlarla şərlənərək inzibati qaydada həbs edilib.
Ş.Kəsəmənlinin saxlanması və inzibati qaydada həbs edilməsi ilə bağlı deyilənləri, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və Abşeron Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
Amma DİN bir qayda olaraq müxalif şəxslərin tənqidi mövqeylərinə görə, həbs və təzyiqlərə məruz qalmaları ilə bağlı iddiaları yalanlayır