Dekabrın 8-də bütün Ukrayna ərazisində matəmdir. Ukrayna prezidenti Vladimir Zelensky Odessa kollecindəki yanğında 8 nəfərin ölməsi ilə bağlı belə bir qərar qəbul edib. Dekabrın 4-də Odessa İqtisadiyyat, Hüquq ,Otel və Restoran İşləri Kollecindəki yanğında 8 nəfər ölüb.
Məlumata görə, bazar günü dövlət bayrağı ölkə böyü hər yerdə endiriləcək. Bundan başqa televiziya və radolardakı əyləncəli konsert proqramları artıq başqa günlərə keçirilib.
Oddessa vilayət polisinin məlumatına görə, kollecdəki yanğının səbəbləri və bu hadisədə şübəhəli bilinənlərlə bağlı məlumat hazırlanır.