Dövlət Departamenti: 'Azərbaycanda radikalizmlə mübarizə adı altında...'

Sizin brauzer HTML5-i dəstəkləmir

İlahiyyat məscidi Qafqaz Müsəlmanları İdarəsinə verildi

Bu həftə ABŞ Konqresinin ikipartiyalı komissiyası administrasiyanı dini etiqad azadlığı pozucuları kimi tanınan ölkələrlə bağlı sərt tədbirlər görməyə səsləyib.

«Turan» İnformasiya Agentliyinin ABŞ-dakı müxbiri belə xəbər verir.

Xəbərə görə, Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosundan səfir Maykl Kozak Konqresin Helsinki Komissiyasının brifinqində bildirib ki, din azadlığı Amerikanın əsas prinsiplərindən biridir.

«Ancaq bəzi ATƏT ölkələri din azadlığı və əqidə ilə bağlı öhdəliklərini yerinə yetirməmək üçün təhlükəsizlik problemindən istifadə etməyə davam edirlər», - deyən səfirin söyləməsinə görə, Azərbaycanda hökumət dini fəalları saxlamaqda davam edir ki, hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus hesab edir.

Xəbərdə qeyd edilir ki, M.Kozak daha sonra deyib:

«Hökumətin «qeyri-ənənəvi» hesab etdiyi dini qruplar çətinliklərlə üzləşir, onları qeydiyyata almırlar, onların tərəfdarları isə sərbəst şəkildə dini ayinləri icra edə bilmirlər. Çünki polis reydlərinə, cərimələrə, həbs və ya məhkəmə təqiblərinə məruz qalacaqlarından qorxurlar».

AZƏRBAYCANIN «QEYRİ-SAĞLAM» ÖLKƏLƏR SİYAHISINA SALINMASI TÖVSİYƏ OLUNUR

M.Kozak ABŞ-ın Azərbaycandan olan dini məhbuslara başqa məhbuslar kimi yanaşdığını ifadə edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Məsciddən kənarda namaz qadağasına necə baxırsız?

«Biz bir siyasi məhbusun həbsini digəri ilə müqayisədə prioritet hesab etmirik», - o vurğulayıb və din azadlığının da administrasiyadan ötrü prioritet olduğunu qeyd edib.

Xəbərdə həmçinin vurğulanır ki, M.Kozak din azadlığının irəliləməsində effektiv sayılan siyasi alətləri sadalayıb:

«Hökumət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət, beynəlxalq mexanizmlər, konkret pozuculara viza verilməsindən imtina və məzlumlara dəstək. Din azadlığı yalnız insan hüquqları üçün yaxşı doktrina deyil, həm də terrorçulara qarşı fəaliyyət üçün yaxşı doktrinadır».

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Daniel Mark isə deyib ki, bəzi keçmiş SSRİ ölkələrini - Tacikistan, Türkmənistan və Özbəkistanı hazırda Dövlət Departamenti «xüsusilə narahatlıq doğuran ölkələr» kimi qəbul edir. Onun fikrincə, bu ölkələrdə hökumətlər din azadlığının ciddi pozulmasına yol verirlər.

Eyni səbəbdən Rusiya, Azərbaycan, Qazaxıstan və Türkiyənin də din azadlığı ilə bağlı pozuntulara görə «qeyri-sağlam» ölkələr siyahısına salınmasının tövsiyə edildiyi bildirilir.

XATIRLATMA

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, bəzi dindarların həbs yerlərində işgəncə ilə üzləşmələri, bir sıra dini icmaların təqib edilməsi və onların əsasız yerə qeydiyyata alınmaması ilə bağlı deyilənlər də təkzib edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, təkrar qeydiyyat prosesinin başladığı dövrdən (2009) 783 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 755-i islam, 28-i isə qeyri-islam (xristian – 17, yəhudi – 8, krişna – 1, bəhai – 2) təmayüllüdür.