Donald Trump ABŞ-ın cənub sərhədlərini bağlamaqla hədələyir

Foto arxiv

ABŞ prezidenti Donald Trump bildirib ki, əgər Konqres Meksika ilə sərhədə divar çəkilməsi ilə bağlı büdcə layihəsini qəbul etməsə, ölkənin cənub sərhədlərini bağlaya bilər.

ABŞ prezidenti bunu ənənəvi olaraq özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, bu qalmaqala görə, ABŞ-da dövlət qulluqçuları artıq bir həftədir ki, işə çıxmırlar.

Demokratlar və respublikaçıların bir hissəsi, bu divar üçün 5 milyard dollar ayrılmasını nəzərdə tutan sənədi rədd edirlər.

Bu tələb dövlət qulluqçularının işə çıxması üçün şərtlərdən biridir.

Amma ekspertlər Senatın belə bir addıma gedcəyinə inanmırlar.

Qanunsuz miqrasiya məsələsi Donald Trump-ın seçkiqabağı kampaniyasının əsas mövzularından biri idi.

O, əsasən Meksikadan gələn bu problemlə qəti şəkildə mübarizə aparacağını vəd etmişdi.

2018-ci ilin sonlarında ABŞ sərhəddinə böyük bir “Qaçqın karvanı” toplaşıb. Onlar əsasən Mərkəzi Amerika ölkələrindəndirlər. ABŞ-a iş və yeni ev qurmaq üçün gəlirlər.

Amma Trump administrasiyası onları ölkəyə buraxmaq fikrində deyil.