Ukraynanın separatçı bölgələri Donetsk və Luhanskda seşkilər keçirilir

Donetsk

Noyabrın 11-də Ukraynanın separatçı bölgələri Donetsk və Luhanskda seşkilər keçirilir.

AzadlıqRadiosunun məlumatına görə, Donetskdə separatçı rejimin lideri vəzifəsini icra edən Denis Pushilinin qalib gələcəyi gözlənir.

Onun 37 yaşı var.

Xatırladaq ki, Separatçıların əvvəlki lideri Aleksandr Zakharchenko avqusta partlayış nəticəsində həlak olub.

Moskva hesab edir ki, bu işin arxasında Ukrayna durur,Ukrayna isə deyir ki, Zakharchenko daxili münaqişənin qurbanı olub.

Luhansk vilayətində isəseparatçı rejimin lideri vəzifəsini icra edən Leonid Pasechnik-in qalib gələcəyi gözlənir.

Zakharchenko və Pasechnik Moskva ilə daha sıx əlaqələr quracaqlarını vəd ediblər.

ABŞ və Avropa Birliyi ölkələri də daxil olmaqla beynəlxalq aləm bu seçkiləri tanımır və onun beynəlxalq qanuna zidd olduğunu deyirlər.

Buna da bax:Avropa Birliyi Ukraynanın separatçı bölgələrində planlaşdırılan seçkiləri tanımır.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçı rejimləri dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

ABŞ və Avropa Birliyi də daxil olmaqla beynəlxalq aləm Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişələrə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

2014-cü ildən bu yana Ukraynanın şərqində gedən silahlı münaqişədə 10 mindən çox adam ölüb.

Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych “Meydan” hadisələri ilə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Moskva Ukraynanın şərqindəki separatçı münaqişə saldı.