1977-də pəncərəsinə ‘KQB, İsrailə vizam haradadır?’ yazan fəal vəfat edib

İda Nudel, Ben-Gurion Airportu

İsraildə Sovet Yəhudiləri üçün vətənə qayıtmaq hüququ uğrunda mübarizə aparan fəal İda Nudel 90 yaşında İsraildə vəfat edib. Ida Nudel 27 aprel 1931 -ci ildə Novorossiyskdə anadan olub.

Atası İkinci Dünya Müharibəsində həlak olub. Anası iki qızını təkbaşına böyüdüb. Ailə sonra Moskvaya köçüb. Nudelin SSRİ -dən getmək üçün 1971 -ci ildə etdiyi müraciət rədd edilib. Bu addımına görə işdən çıxarılıb.

O, 1977 -ci ildə Sovet ittifaqını tərk etmək üçün yenidən müraciət edib, amma uzun müddət cavab ala bilməyib. Sonra mənzilinin pəncərəsinə "KQB, İsrailə vizam haradadır?" yazaraq ona mənfi cavab verilməsinə belə etiraz edib.

1978 -ci ildə Nudel xuliqanlıqda günahkar bilinərək dörd il Tomsk bölgəsinə sürgünə göndərilib. Sürgündə olduğu zaman o, yəhudi fəalların təqibi haqqında məlumat toplayaraq xarici hüquq müdafiəçilərinə ötürə bilib. Sürgündən sonra Nudelin Moskvada yaşaması qadağan edilib.

Fəal KQB -nin nəzarəti altında Moldovaya göndərilib. Moldovada olduğu müddətdə Nudel İsrailə getmək hüququ axtarmağa davam edib. 1987 -ci ilin fevralında müsbət cavab vəd edərək ondan yenidən müraciət etməsi istənilib.

Və nəhayət, 15 oktyabr 1987 -ci ildə İna Nudel iti ilə birlikdə amerikalı iş adamı Armand Hammerin şəxsi təyyarəsi ilə İsrailə uçub.

İsraildə Nudel yeni immiqrantlara, xüsusən də tək analara kömək etməyə başlayıb.