Dünya Bankında cinsi qısnama iddiaları necə araşdırılıb

İşdə qısnama, illüstrativ foto

Şavez vəzifəsi kiçiləndən sonra, 2019-cu ildə bankdan çıxıb və Kosta Rikanın maliyyə naziri olub

Dünya Bankı aparıcı rəsmisinə qarşı çoxsaylı qadının cinsi qısnama şikayətlərini yaxşı araşdırmayıb. Bunu qurumun əmək tribunalı bildirir.

Dünya Bankının Administrativ Tribunalı oktyabrın 18-də bildirib ki, bank iki gənc işçisini qoruya bilməyib. Onlar hazırda Kosta Rikada prezidentliyə namizəd olan ovaxtkı rəsmini cinsi qısnamada suçlayırmışlar.

Buna da bax: Speysi cinsi qısnama iddialarından sonra ilk filmə çəkiləcək

Rodriqo Şavez

Tribunalın məlumatına görə, Prezident Deyvid Malpass və onun iki sələfinin dövründə bankın menecmenti Rodriqo Şavezə adekvat sanksiya tətbiq etməyib. Şavez işdən çıxarılmayıb, amma vəzifəsi kiçildilib.

Onun azı dörd il ərzində altı qadına qarşı qısnama hərəkətləri sənədləşdirilibmiş. Həmin sənədləri “The Wall Street Journal” nəzərdən keçirib.

Şavez vəzifəsi kiçiləndən sonra, 2019-cu ildə bankdan çıxıb və Kosta Rikanın maliyyə naziri olub.

Buna da bax: 'Onları qadın kimi danışdıqlarına görə cəzalandırmaq...'

Özü hər hansı yanlış hərəkət etmədiyini deyir, iddiaları mədəni fərqlərlə izah edir.

Hesabatda Beynəlxalq Valyuta Fondunun (BVF) indiki başçısı Kristalina Georgiyevanın adı çəkilir. Həmin vaxt o, Dünya Bankında aparıcı vəzifədə çalışıb.

Ancaq BVF-nin idarə heyəti ötən həftə bildirib ki, Georgiyevaya inanır, hesabat onun “yanlış rol” oynadığını inandırıcı şəkildə göstərə bilməyib.