Dünya Kuboku: Rusiyanın zəfər yürüşü davam edir

Futbol üzrə 2018-ci ilin dünya çempionatına ev sahibliyi edən Rusiyanın milli yığması Misir komandası üzərində 3-1 hesabı ilə inamlı qəzəbə qazanaraq A qrupunun lideri olub. Bu qələbə habelə Rusiyaya final mərhələsinə çıxmaq imkanı verə bilər.

Oyunun 47-ci dəqiqəsində Misir komandasının kapitanı Ahmed Fathi-nin öz qapısına vurduğu qol iyunun 19-da keçirilən bu matçda psixoloji baxımdan həlledici rol oynayıb.

Bu qolun ardınca rusiyalılar - Denis Cheryshev və Artyom Dzyuba misirlilərin qapısından daha iki top keçiriblər.

A qrupunda topladığı 6 xalla Rusiya çempionatın final mərhələsinə çıxmaq şanslarını son dərəcə artırıb.

Lakin bu qrupdan kimin növbəti mərhələyə çıxacağı iyunun 20-də Səudiyyə Ərəbistanı-Uruqvay, habelə iyunun 25-də oynanacaq Rusiya-Uruqvay matçında müəyyənləşəcək.

Bu arada Seneqal və Yaponiya komandalarının nəticələri H qrupundakı vəziyyəti mürəkkəbləşdirib.

İyunun 19-da keçirilən matçda Seneqal 2-1 hesabı ilə Polşa yığmasına qalib gəlib.

Bu oyunda Idrissa Gueye-nin zərbəsi polşalı müdafiəçi Thiago Cionek-in ayağna toxunaraq Polşa yığmasının qapısından keçib.

Bunun ardınca Grzegorz Krychowiak-ın qapıçıya uğursuz pasından istifadə edən Mbaye Niang topu polşalıların boş qapısına göndərib.

Krychowiak 86-cı dəqiqədə Polşa komandasının yeganə qolunu vurması onun bu “günahını” bir qədər yuyub.

İyunun 19-da Yaponiya Kolumbiya yığmasına 2-1 hesabı ilə qalib gəlib.

Bu matçda Carlos Sanchez-ə göstərilən qırmızı kartdan sonra kolumbiyalar meydanda azlıqda qalmışdılar.

Shinji Kagawa 11 metrlik cərimə zərbəsini dəqiq vurub. Lakin birinci hissəsnin başa çatmasına az qalmış Juan Quintero cərimə zərbəsi ilə hesabı bərabərləşdirib.

Bu matçda sonuncu qələbə qolunu Yuya Osaka 73-cü dəqiqədə vurub.