Qətər 2022-ci il Dünya Futbol Çempionatını izləmək istəyənlərdən koronavirusa qarşı vaksinlənməyi tələb edəcək. Bu açıqlamanı hökumət verib.
Baş nazir Şeyx Xalid bin Xəlifə bin Əbdül Əziz əl-Tani iyunun 20-də dövlət mediasına deyib ki, gələn il oyunların keçiriləcəyi bu ölkə yarışları izləmək istəyənlər üçün bir milyon doza peyvənd almağa çalışır.
“Dünya çempionatı yaxınlaşanda dünyanın bir çox ölkələri öz vətəndaşlarını artıq vaksinləmiş olacaqlar”, – Şeyx Xalid deyib.
“O vaxtadək bəzi ölkələr vətəndaşlarının hamısına peyvənd vurdurmaya bilər. Qətər vaksinə qarşı tam peyvənd olunmamış azarkeşlərin stadionlara girməsinə icazə verməyəcək”, – o, sözlərinə əlavə edib.
2022-ci il Dünya Kuboku yarışlarının 2022-ci il noyabrın 21-də başlanacağı gözlənir.