Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib

Əbdürrəhman Vəzirov

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü Birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 10-da 91 yaşında vəfat edib.

Bu barədə "Turan"a onun yaxınları məlumat verib.

Məlumata görə, Ə.Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib.

Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakı şəhərində doğulub.

SSRİ-nin Nepal Krallığında və Pakistan İslam Respublikasında səfiri olmuşdu.

1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində çalışıb.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Azərbaycanda qətllər törətməsindən bir neçə gün öncə, etirazlar zamanı Azərbaycanı tərk etmişdi, Moskvada yaşayırdı.

Həmin vaxt sovet qoşunları Azərbaycanda 130-dan çox şəxsi qətlə yetirmiş, 700-dən çox şəxs isə yaralanmışdı.