8 mindən çox şəxsin 'stop'u götürülüb

Jurnalistlrin Bakıda aksiyası, 3 may 2019

Ədliyyə Nazirliyində 2019-cu ilin birinci 6 ayında məhkəmə qərarlarının icrası vəziyyəti ilə bağlı görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə Ədliyyə Nazriliyinin iyulun 20-də yaydığı məlumatda yazılır.

Hesabat məruzəsi ilə çıxış edən İcra baş idarəsinin rəisi-baş icra məmuru Nurəddin Mustafayev bildirib ki, 2019-cu ilin birinci yarısında onlara daxil olan icra işlərinin sayı 731 minə çatıb. Onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.

“Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq – 300 milyon manatdan çox vəsait ödətdirilib”, N.Mustafayev bildirib.

Onun deməsinə görə, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.954 şəxs inzibati məsuliyyətə cəlb olunub, 1.421 şəxs inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb.

N.Mustafayev deyib ki, hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.Onun vurğulamasına görə, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb . Bunun da ötən dövrlərlə müqayisədə 4 dəfə çox olduğu bildirilib.

Xatırlatma

2015-ci ildə baş vermiş iki devalvasiyasından sonra, Azərbaycan milli valyutası- manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib.

Bu hal bir çox ölkə vətəndaşlarının maliyyə vəziyyətinə ağır təsir göstərib.

Bundan sonra, borca görə, ölkədən çıxışna yasaq qoyulan insanların sayının artdığı açıqlanıb.