Əfqanıstanın şimal-şərqindəki Nuristan əyalətində baş verən sel daşqınlarında ən azı 40 nəfər ölüb, 150 nəfər itkin düşüb. Bu barədə Əfqanıstanın rəsmi qurumları məlumat yayıb.
Kabildən 355 kilometr şimal-şərqdə, Nuristanın Kamdeş mahalına yağan leysan yağışlar nəticəsində itkin düşənlərin tapılması üçün xilasetmə əməliyyatı aparılır.
İyulun 28 -də axşam saatlarında bu bölgəyə yağan güclü leysan yağış Beqha Mirdeş kəndinin böyük bir hissəsi dağıdıb.
Rayon sakini Əbdül Rəhman AzadlıqRadiosuna deyib ki, kənddəki 700-800-ə yaxın evin hamısı dağılıb. Əyalət icra nümayəndəsinin sözlərinə görə, indiyə qədər 8 cəsəd tapılıb.
"Bu bir fəlakətdir və insanların köməyə ehtiyacı var" deyə rəsmi nümayəndə bildirib.
Nuristan valisi Hafiz Əbdül Qayyum AzadlıqRadiosuna bildirib ki, Talibanın nəzarətində olan bölgədə bütün əlaqələr vasitələri kəsilib.
Taliban sözçüsü Zabihullah Mücahid isə AzadlıqRadiosuna deyib ki, yaraqlılar yardım agentliklərinə və silahsız hökumət rəsmilərinə əraziyə girməyə icazə verəcəklər.