Əfqanıstanda qızıl yatağında tunel çöküb, ölən və yaralananlar var

Əfqanıstan, qızıl mədəbi, 6 may 2013

Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, ölkənin şimal-şərqində yerləşən qızıl yataq tunelinin çökməsi nəticəsində 30 nəfərə yaxın adam ölüb, 20 nəfər xəsarət alıb.

Yanvarın 6-da Badağşan vilayətinin rəsmi nümayəndəsi Məhəmməd Rüstəm (Mohammad Rustam) AFP xəbər agentliyinə bildirib ki, yerli əhali tərəfindən qazılmış yataq onların ərazidə ekskavatorla qızıl axtardığı zaman çöküb:

“Kəndlilər on illərdir ki, hökumətin nəzarəti olmadan bu işlə məşğul olurlar”.

Hazırda hələ ki, yataqda ən azı 50 nəfərin olduğu və iki xilasetmə qrupunun artıq hadisə yerinə göndərildiyi bildirilir.

***
Ölkə prezidenti Əşrəf Gani (Ashraf Ghani) zərərçəkənlərə təcili yardımın göndərilməsini və yerli hakimiyyətə hələ də dağıntı altında qala biləcək insanların axtarışında yardım etmələrini tapşırıb.

AFP xəbər agentliyi bildirir ki, xəsarət alanların ailələrinə 10 000 əfqani ($133) ölənlərin ailələrinə isə 50 000 əfqani ($664) məbləğində kompensasiya veriləcək.

Müdafiə nazirliyi sözçüsü Həşmət Bahaduri (Hashmat Bahaduri) bildirir ki, nazirliyin helikopterleri artıq kompensasiyanı ailələrə verməyə və yaralıları xəstəxanalara çatdırmaq üçün göndərilib.

Badaxşan Tacikistan, Pakistan və Çin sərhədində yerləşən bir kənddir. Qeyri-qanuni qızıl yataqları isə Əfqanıstan əhalisinin gəlir götürdüyü yerdir. Ölkənin mineral resurslarının böyük hissəsi Talibanlarla yaşanan konfliktə görə toxunulmaz olaraq qalır.