Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Elman Məmmədov referendum günü məntəqələrdə seçici fəallığı, qayda-qanun gördüyünü deyir:
Sizin brauzer HTML5-i dəstəkləmir
– Ailəmlə birgə səsvermədə iştirak etmişəm. Səs verdiyim məntəqə Bakının Bakıxanov qəsəbəsində yerləşir. Orda bir neçə məntəqə var, onların hər birinin qarşısında seçici fəallığı gördüm. Vətəndaşlar öz hüquqlarını başa düşürlər, fəal vətəndaş mövqeyi göstərirlər, Konstitusiya borclarını yerinə yetirib səs verirlər.
– Müstəqil müşahidəçilər, mətbuat çoxsaylı qanun pozuntuları, xüsusən də topa bülletenlərin qutulara atılması, karusel əməliyyatı haqda məlumatlar verirlər. Bu haqda nə deyə bilərsiniz?
– Kim nə yazır, kimin ağlına nə gəlir, özü bilər. Xaricdə də cürbəcür qurumlar, Venesiya Komissiyası kimilər götürüb Azərbaycan haqda ağızlarına gələni yazırlar. Onların yazdığı doqma deyil ki. Kim nə istəyir yazır. Getsinlər, seçki məntəqələrinə müşahidə aparsınlar, faktla danışsınlar. Mən eyni zamanda müşahidəçi kimi də məntəqələri gəzirəm, hara gedirəmsə, seçici fəallığı, demokratiya, şəffaflıq, qayda-qanun, nizam-intizama əməl edilməsini görürəm.
– Mərkəzi Seçki Komissiyasının məntəqələrdə quraşdırdığı kameralara da qanun pozuntuları düşür. İzləmisiniz?
– MSK-nın kamerasına düşübsə, MSK göstərsin, camaat da baxsın, görsün ki, MSK-nın kamerası göstərir bunu. Mən axı... Elə bir şey yoxdur ki, MSK-nın kamerasına düşsün. Bəli, mindən artıq məntəqədə kamera quraşdırılıb. Əgər MSK-nın kamerasına düşübsə, o göstərər. Onu kim görüb, kim baxıb ki?
– Vətəndaşlar həmin kameralarla məntəqələrdə səsvermə prosesini izləyə bilirlər.
– Vətəndaş görüb, izləyibsə, bu onun hüququdur, münasibətini bildirsin ona. Mən getdiyim məntəqələrdə elə şey görməmişəm, başqasının əvəzindən danışa bilmərəm.
Buna da bax-Referendumda baş verənlərin bütün detalları anbaan burda