Bu gün, yanvarın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Javad Zarif ilə telefonla danışıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.
“Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qassem Soleimani-nin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib”, məlumatda yazılıb.
Xatırlatma
Yanvarın 3-də Bağdad Hava limanı yaxınlığında raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qassem Soleimani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Abu Mahdi al-Muhandis öldürülüb. İranın Ali lideri general Qassem Soleimani-nin ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Raket zərbələrini ABŞ-ın gerçəkləşdiyi bildirilir. ABŞ İran İnqilab Korpusunu Xarici Terrorçu Təşkilat hesab edir.