Amerikalı milyarder Elon Musk özünün "Tesla" və "SpaceX" şirkətlərinin Facebook-dakı hesablarını silib.
O bu addımı Facebook-un 50 milyon istifadəçisinin şəxsi məlumatlarının "Cambridge Analytica" şirkətinin əlinə keçməsi və siyasi məqsədlərlə istifadə edilməsi faktının ortaya çıxmasından sonra atıb.
Musk-ın şirkətlərinin hər birinin Facebook-da 2 milyon izləyicisi vardı.