İlham Şaban: ‘Enerji təsərrüfatına 5 milyardlıq investisiya yatırılan olkədə ...’ 

İlham Şaban

“Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza və bunun nəticəsində bütün ölkədə elektrikin kəsilməsi enerji təhlükəsizlyinin təmin edilməməsinin göstəricisidir”

Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

İ.Şaban deyir ki, ölkədə elektrik istehsalı çox olsa da bunun düzgün paylanması həyata keçirlilmir və əsas problem də elə budur.

Ekspert vurğulayıb ki, Azərbaycan üzrə gücün 46 faizi Abşeronda toplanıb :

“İndi sual olunur ki, elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan olkədə bir mühəndis səviyyəsində adam olmayıb durub desin ki, enerjinin paylanması və avtomatik idarə edilmə infrastrukturunu da yaratmaq lazımdır”.

İ.Şaban hesab edir ki, bu həm də baş verənlərdən düzgün nəticə çıxarılmaması deməkdir:

“Bu, 2002-ci ilin yayında baş verən ( Onda da Mingəçevir İES-də qəza olmuşdu və bütün ölkədə işıqlar sönmüşdü) hadisədən nəticə çıxaırlmamsı deməkdir, Belə enerji təhlükəsizliyi olar? O zaman sual yaranır ki, neft vəsaitlərindən gələn pullar niyə elektrik güclərinin artırılmasına xərcləməyib? Suallar çoxdur və həmişəki kimi cavablar yetərli deyil”

İ.Şaban hesab edir ki, bu ölkənin enerji təhlküəsizliyi kimi ən vacib məsələnin kağız üstündə qalmasının göstəricisidir.

Ekspert deyir ki, Mingəçevir İES-də bir blok yanır, amma avtomatik paylayıcı sistem olmadğına görə, ölkədən ötrü həyati əhəmiyyət daşıyan obyekt və müəssisələr belə elektrik təchizatından ayrılır.
Ekspertin bu açıqlamasına, hələliok, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilir. Nəticədə ölkə ərazisində elektrikin verilməsi dayanıb. Qəzaya səbəb kimi havanın kəskin istiləşməsi nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi göstərilir. İyulun 3-ü səhər saatlarında Bakıda və ölkənin əksər ərasizisində elektirik verilişi bərpa edilib.