Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də axşam saatlarında Azərbaycana gəlib.
Onun bu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur.
Həmin görüşdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənir.
Ərdoğan bu il mayın 28-də növbəti dəfə Türkiyə prezidenti seçilib.
O, 2014-cü ildən həmin postu tutur.
Ondan əvvəl isə 11 il Türkiyədə baş nazir vəzifəsində çalışıb.