Türkiyə səudiyyəli journalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətli ilə bağlı səs yazılarını Səudiyyə Ərəbistanı, ABŞ,Böyük Britaniya, Almaniya və Fransaya verib.
Bunu noyabrın 10-da Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib.
Türkiyə hakimiyyəti bundan əvvəl onda jurnalistin qətlini sübut edən audioyazı olduğunu bildirmişdi.
“Biz səs yazısını Səudiyyə Ərəbistanına, ABŞ-a,Almaniyaya,Fransaya və Britaniyaya vermişik.Onların hamısı ordakı bütün söhbətləri eşidiblər.Bunu bilirlər”,Erdogan deyib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Erdogan Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə Parisə yollanmazdan əvvəl bird aha Səudiyyə rəsmilərini jurnalistin qətlində şübhəli bilinən 15 nəfəri tapmağa çağırıb.
“Bu problem təhrif etməyə ehtiyac yoxdur.Onlar dəqiq bilirlər ki, qatil və ya qatillər bu 15 nəfərin arasındadır.Səudiyyə hökuməti həmin 15 nəfəri danışdırmaqla bunu aça bilər”, Erdogan deyib.
ABŞ və Fransa prezidentləri də noyabrın 10-da Paris görüşündə bildiriblər ki, Səudiyyə hakimiyyəti jurnalistin qətlinə aydınlıq gətirməlidir.
Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.”Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.
O, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş.
Onun səfirlikdə öldürülməsini sonradan
Səudiyyə hökuməti də təsdiqlədi.
Faktla bağlı 18 nəfərin saxlandığı bildirilir.