Erdogan Mesut Özilin nigahında şahidlik etdi (Video)

Türkiyə prezidenti Racep Tayyip Erdogan və Arsenalın futbolçusu Mesut Ozil, London, 13 May, 2018

Türkiyə prezidenti Racep Tayyip Erdogan futbolçu Mesut Özilin nigahında şahidlik edib.

Bu barədə Türkiyə mətbuatı və digər xarici mətbuat orqanları xəbər verirlər.

Tvitter-də yayılmış videoda Erdoganın xanımı Emine ilə birlikdə toyda olduqları görünür.

​Erdogan gəncləri toy münasibəti ilə təbrik edib.

Mesut Özil 2014-cü il Türkiyə gözəli Amine Gülşe ilə evlənib.

İyunun 7-də yayılan görüntülərə görə, toy mərasimi İstanbulda, Bosfor sahilindəki dəbdəbəli otellərdən birində keçirilib.

Mesut Özil 1988-ci il oktyabrın 15-də Almaniyada doğulub.

Atası Mustafa və anası Gülizar Özil 1970-ci illərdə iş dalınca uşaqları ilə birlikdə Almaniyaya mühacirət ediblər.

Mesut Özil, hazırda İngiltərənin “Arsenal” klubu və Almaniya millisinin üzvüdür.

Özillə Erdogan arasında dostluq münasibətləri var.

Özüil ötən il ona “Arsenal”-ın üzərinə imzası olan köynəyini bağışlayıb.

Futbolçu bundan sonra tənqidlər və problemlərlə qarşılaşıb.