Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, onun ölkəsi Rusiyadan S-400 raketlərinin alınmasını davam etdirəcək.
“Biz S-400 raketlərinin alınması ilə bağlı Rusiya ilə sövdələşmə imzalamışıq, buna görə də geri dönməkdən söhbət də gedə bilməz”,Erdogan fevralın 16-da Ankarada jurnalistlərə açıqlamasında deyib.
ABŞ rəsmiləri, NATO üzvü olan Türkiyəyə, ABŞ istehsalı olan “Patriot” raketlərinin alınması ilə bağlı təklifə cavab vermək üçün, fevralın 15-dək vaxt qoyublar.
Söhbət 3,5 milyard dollarlıq sövdələşmədən gedir.
Erdogan Türkiyənin, ABŞ-dan “Patriot” raketləri də almağa hazır olduğunu bəyan edib.
Amma Vaşinqton xəbərdarlıq edib ki, Əgər Türkiyə Moskva ilə sövdələşməni davam etdirsə, təklifini geri götürəcək.
Qeyd edək ki, S-400 və “Patriot” raketlərindən hava hücumlarından müdafiə məqsədi ilə istifadə olunur.
Vaşinqton dəfələrlə bəyan edib ki, Rusiya istehsalı olan S-400 raketləri NATO-nun hava hücumlarından müdafiə sistemlərinə uyğun gəlmir.
Rusiya hərbi-texniki əməkdaşlıq xidmətinin rəhbəri Dimitry Shugaev fevralın 6-da “Kommersant” qəzetinə müsahibəsində deyib ki, Rusiya Türkiyə ilə bu sövdələşməni 2019-cu ilin payızınadək başa çatdırmaq fikrindədir.
Kütləvi informasiya vasitələrinin (KİV) bundan əvvəl verdikləri məlumata görə, Türkiyə Rusiyadan 2,5 milyard dollarlıq dörd S-400 zenit-raket dviziyası alacaq.