Daha bir əsirin Ermənistana qaytarıldığı xəbər verilir

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun verdiyi məlumata görə hazırda Azərbaycandan Ermənistana bir əsir də qaytarılır

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun verdiyi məlumata görə hazırda Azərbaycandan Ermənistana bir əsir də qaytarılır.

Xəbərdə deyilir ki, 32 yaşlı Artur Davidyan bu ilin avqustunda Azərbaycan ərazisində saxlanıb.

Bu məlumatı oktyabrın 6-da Ermənistanın Milli Məclisində keçirilən “Hökumət saatında” baş nazirin müavini Suren Papikyan verib.

Ermənistan Müdafiə Mazirliyinin məlumatında deyilirdi ki, baş leytenant Artur Davidyan avqustun 22-də komandanlığın icazəsi olmadan daimi xidmət yerini tərk etdikdən sonra, pis görüntülü hava şəraitində azaraq Azərbaycan ərazisinə keçib.

Azatutyun xatırladır ki, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistan tərəfinə 108 hərbi əsir və mülki şəxs qaytarıb.

Xəbərdə deyilir ki, bəzi məlumatlara görə hazırda Azərbaycan həbsxanalarında naməlum sayda erməni əsirlər var.