Erməni politoloq: 'Yerevan və Bakı eyni sözü müxtəlif cür izah edir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Lavrov: Azərbaycan da İranın keçirdiyi hərbi təlimlərdən narahatdır

Yerevanda siyasi şərhçi Ruben Mehrabyan isə deyir ki, iki ölkə lideri hansı formatda görüşürsə görüşsün, bu, irəliyə doğru addımdır.

Prezident İlham Əliyev oktyabrın 5-də növbəti dəfə deyib ki, həm o, həm də Ermənistanın baş naziri Nikol Paşinyan görüşməyə hazırdır, amma ola bilsin ki, bundan narahat qüvvələr var. Bəs, görəsən dövlət başçısı bu bəyanatında kimləri nəzərdə tutur?

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Azərbaycanla Ermənistan arasında danışıqların davam etməsini Rusiya da istəyir, Qərb də. Rusiya da Qərb də istəyir ki, danışıqlarda əsas vasitəçi olsun. İki ölkənin barışmasının sərf etmədiyi bir qüvvə qalır, o da İrandır və ola bilsin ki, İlham Əliyev elə İranı nəzərdə tutur:

“İran birmənalı şəkildə maraqlı deyil ki, münasibətlər düzəlsin”.

Bu həftənin əvvəlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda səfərdə olub və iranlı həmkarı ilə görüşüb.

Rauf Mirqədirov deyir ki, bu səfərlər də İranın Ermənistana təsir etmək məqsədi daşıya bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanla Ermənistanın "barışması" kimə sərf etmir?

İran kənarda qalmaqdan qorxur

Türkiyədə “Independent Türkcə” nin yazarı, təhlilçi Gökhan Çinkaya oktyabrın 5-də AzadlıqRadiosuna bildirmişdi ki, Körfəz bölgəsində təsir qüvvəsini itirən İran, Azərbaycanla münaqişəni həll etsə, Ermənistanın da ona ehtiyacının qalmayacağından, buna görə Yerevana təsirinin zəifləyə biləcəyindən narahatdır.

Hərçənd, İran təmsilçiləri rəsmi bəyanatlarında Tehranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasını istədiyini qeyd edirlər.

Bütün hallarda, Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə deyib ki, İlham Əliyevlə görüşdə maraqlıdır. Hələ ki, bu görüşün hansı formatda - kimlərin vasitəçiliyi ilə, yoxsa vasitəçilərsiz keçiriləcəyi bəlli deyil.

10 noyabr atəşkəs bəyanatından sonra hələki, iki ölkə arasında əsas vasitəçi kimi əsasən Rusiya çıxış edir, Paşinyan və Əliyev də son dəfə elə Moskvada, prezident Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.

Buna da bax: Armen Qriqoryan: 'Dəhliz müzakirə olunmayıb, olunmur və olunmayacaq'

“İlk növbədə terminlər barədə razılığa gəlmək lazımdır”

Yerevanda siyasi şərhçi Ruben Mehrabyan isə deyir ki, iki ölkə lideri hansı formatda görüşürsə görüşsün, bu, irəliyə doğru addımdır. Amma ki, barışıqdan əvvəl gündəmdə həll etməli məsələlər var:

“İlk növbədə terminlər barədə razılığa gəlmək lazımdır. Çünki Yerevan və Bakı eyni sözü müxtəlif cür izah edir. İndi aydınlıq gətirilsin ki, münaqişə bitib, yoxsa davam edir. Müharibə yoxdur, bu, faktdır, amma münaqişə var, yoxsa yoxdur? İkinci məsələ dəhliz iddiasıdır. Əgər hər bir kommunikasiya xəttinə dəhliz deyiriksə, bu, pis deyil, amma ki, dəhliz deyəndə suverenliyin məhdudlaşdırılmasını nəzərdə tuturuqsa, bu, Yerevan üçün qəbuledilməzdir. Və bir də prosesin irəli getməsi üçün qıcıqlandırıcı bəyanatlar verməmək lazımdır”.

Ermənistanla Azərbaycan keçən il Qarabağda 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyii ilə atəşkəs bəyanatına imza atıblar.

Bu müharibə nəticəsində Azərbaycan 1990-cı illərdə itirdiyi torpaqların çox hissəsini geri qaytarıb, amma Qarabağda ermənilər yaşayan ərazisinə de fakto nəzarət etmir.

Atəşkəs sazişi bəyanatı imzalansa da, Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri hələlik tam razılaşdırılmayıb, yekun sülh müqaviləsi imzalanmayıb.