Yerevan Azərbaycan snayperlərini Ermənistan ordusunun sərhəd mövqelərinə atəş açmaqda ittiham edir.
Müdafiə Nazirliyinin bəyanatında iddia olunur ki, Geğam Sahakyan adlı kiçik serjant sentyabrın 1-də sərhədin Yerasx hissəsində Azərbaycan sneyperlərinin açdığı atəşdən həlak olub.
Buna da bax: Sünikdəki yolun açılması üçün 'Ermənistan heç bir güzəştə getməyib'
Nazirlik “Azərbaycan tərəfinin hərəkətlərini kəskin pisləyir və onların cavabsız qalmayacağı ilə bağlı xəbərdarlıq edir”, – bəyanatda deyilir.
Azərbaycan tərəf, hələlik, bu xəbərə rəsmi münasibət bildirməyib.
Son həftələr tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Buna da bax: Mirzoyan: Gündəlikdə Dağlıq Qarabağın statusu məsələsi də olmalıdır
Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2-ci Qarabağ müharibəsində 3 min 773 erməni hərbçinin öldürüldüyünü bildirib. Azərbaycan isə müharibədə 2 min 907 hərbçisinin həlak olduğunu, 7 nəfərin itkin düşdüyünü açıqlayıb.