Ermənistanda Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Stepan Galstyan həbs edilib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumatda vurğulanır ki, baş qərargah rəisinin müavini Silahlı Qüvvələrdə silah tədarükündə sui-istifadə, külli miqdarda mənimsəmə ilə bağlı aparılan araşdırmalar səbəbi ilə saxlanılıb.
Milli Təhlükəsizlik Xidmətindən o da bildirilib ki, ittihamlara uyğun olaraq Galstyan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.