Paşinyan partiyasının Gümrü, Gorus və Meğri meriyalarını uduzduğu deyilir

Ermənistanın 9 icmasında bələdiyyə seçkiləri başa çatıb

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistanın 9 icmasında bələdiyyə seçkiləri başa çatıb.

Seçkidə 55 min 410 nəfərin, başqa sözlərlə, seçicilərin 33,23 faizinin iştirak etdiyi bildirilir.

İlkin məlumatlara görə Gümrüdə seçicilərin 24, Dilicanda 44, Gorusda 50, Tatevdə 62, və Meğridə 59 faizinin iştirak etdiyi xəbər verilib.

Azatutyun xatırladır ki, icmalardan 6-da seçki proporsional sistemlə keçirilib.

Qaydaya görə seçki nəticələrinə görə təşkil olunan ağsaqqallar şurası öz heyətindən növbəti meri seçməlidir.

Bəzi icmalarda seçki majoritar sistemlə keçirilib.

Gümrü

Azatutyun xəbər verir ki, ilkin məlumatlara görə Gümrüdə keçirilən bələdiyyə seçkisində baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası hazırkı mer Samvel Balasanyanın blokuna məğlub olub.

“Balasanyan bloku” səslərin 36, “Vətəndaş müqaviləsi” partiyası isə 30 faizini qazanıb.

Daha üç partiya 4 faizlik bəndi aşıb və Ağsaqqallar şurasında və ya bələdiyyə yığıncağında təmsil olunacaq. Gümrü, əhalisinin sayına görə paytaxt Yerevandan sonra Ermənistanın ikinci şəhəridir.

4 faizlik həddi aşan partiyalar isə bunlardır: “Oyanış” (10 faiz), “Həyat üçün ölkə” (5 faiz) və Ermənistanın keçmiş hakim partiyası – Respublika Partiyası (5 faiz).

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ erməniləri arasında kim inteqrasiya istəmir?

Gorus və Meğri

Lakin bu da deyilir ki, “Balasanyan blokunun” qələbəsinə baxmayaraq Gümrüdə merin hansı partiyadan olacağı hələki məlum deyil. Çünki siyasi qüvvələrdən heç biri səslərin 50 faizdən çoxunu qazanmayıb.

Buna görə də qaydaya görə şəhər meri Ağsaqqallar şurasına seçilmiş qüvvələrin iştirakı ilə və açıq səsvermə ilə müəyyn olunacaq.

Ağsaqqallar şurasında səslərin çoxunu əldə edən namizəd mer təyin ediləcək.

Əgər mer burada da müəyyən olunmasa, ikinci tur keçiriləcək.

Azatutyun xəbər verir ki, ilkin nəticələr hakim partiyanın yerli seçkiləri Meğri və Gorusda da uduzduğunu göstərir.

Meğridə keçmiş hakim partiya – Respublika Partiyasının təmsilçiləri, Gorusda isə hazırkı mer Aruş Aruşanyanın tərəfdarları qalib gəliblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanla sərhəddə camaat bu kökdə yaşayır - Şınıxdan reportaj

Sünikdə yalnız Tatev və Teğ icmaları

Aruşanyan Ermənistan müxalifətini dəstəkləyir. Onu 20 iyun parlament seçkisini saxtalaşdırmaqda ittiham edirlər.

O hazırda həbsdədir və bələdiyyə seçkisinə də oradan qatılıb.

Müxalifət bildirir ki, Görusda Aruşanyan tərəfdarları Paşinyanın partiyasından iki dəfə çox səs qazanıblar.

Həbsdən bu yaxınlarda sərbəst buraxılmış Gorus mer müavini Menua Ovsepyan deyib ki, şəhər sakinləri gələcəklərini Aruş Arşanyanda görürlər.

Hakimiyyətyönlü namizəd Vladimir Abunts deyib ki, əgər ədalətli seçki keçirilsə hakim partiya məğlubiyyətini qəbul eedəcək.

İlkin məlumatlara görə Sünikdə hakim partiya yalnız Teğ və Tatev icmalarında qalib gəlib.