Ermənistan İsraildən nə umduğunu açıqladı

Israil - İsrailin baş naziri Benjamin Netanyahu (sağda) Ermənistanın xarici işlər naziri Edward Nalbandia-ı qəbul edir. 7 noyabr, 2017

"Biz İsraildən erməni soyqırımının rəsmən tanınmasını gözləyirik"

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bunu İsrailə səfəri zamanı yerli ictimai televiziyaya deyib.

"Bu məsələ bizim gündəlikdə həmişə olub və yenə də qalmaqdadır. Hər iki xalq soyqırım dəhşətlərini yaşayıb. Bir çox alimlərin, siyasi xadimlərinin fikrincə, vaxtında erməni soyqırımı lazımi formada pislənsəydi, yəhudi soyqırımı və digər soyqırımları önləmək olardı"

Nalbandyan hesab edir ki, İsraildə getdikcə daha çox adam, ictimai rəyi ifadə edən adamlar, o cümlədən parlamentdəki insanlar "erməni soyqırımı"nın tanınmasını dəstəkləyir:

"Bugünlərdə Knessetin də rəhbəri ilə görüşdüm, o da soyqırımın tanınmasının vacibliyi haqda fikrini bildirdi".

Ermənistan 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini soyqırım kimi tanıtdırmağa çalışır. Türkiyə bunun soyqırım olduğunu qəbul etmir.

Buna da bax: İsrail Azərbaycana dron ixracını dayandırıb