2015-ci ildə Ermənistanda informasiya kommunikasiya texnologiyaları sektoru sürətlə inkişaf edib, çoxlu yeni iş yerləri açılıb, ÜDM-un 5 faizini təşkil edib. Bu barədə hökumət məlumat yayıb.
Nazirlik rəsmilərinin sözlərinə görə, bu sektorda 15 min adam çalışır ki, onların 13 mini proqramçı və ya komputer mütəxəssisidir.
İKT sənayesi 2008-2014-cü illərdə 22 faiz böyüyərək Ermənistanda sürətlə inkişaf edən sahəyə çevrilib. 2010-cu ildə bu secktor ÜDM-nin yalnız 1.7 faizini təşkil edib.
Bu sahədə ABŞ-ın Synopsys, National Instruments, "Mentor Graphics" və "VMware" kimi texniki nəhənglərinin yerli bölmələri aparıcıdırlar. Bir neçə digər multimilli kompaniyalar da ötən il Ermənistanda iş qurmağa maraq göstərib.
2015-ci ilin mayında "Ermənistan-Tayvan D-Link Korporasiyası"nın Gümrüdəki tədqiqat və inkişaf mərkəzinin açılışında ölkə prezidenti Serzh Sarkisian da iştirak edib.
Dünyanın ikinci böyük İKT şirkəti "Oracle" 2014-cü ilin noyabrında Yerevanda rəsmi filialını açıb.
Bu sahədə xarici şirkətlərin ölkədə inkişafı milli kampaniyaların da çiçəklənməsinə təkan verib. Onların 250-dən çox şirkət 2007-ci ildən bəri yaradılıb. Artıq bəziləri beynəlxalq diqqət qazanıb.
“Forbes”ə düşən erməni şirkəti
Onlardan biri "PicsArt" 2015-ci ildə mobil foto redaktəsi və tətbiqetmələrin paylaşımı ilə dünyada tanınmış olub. Yerevanda yerləşən kampaniya aylıq 60 milyon istifadəçi ilə 10 milyon dollar qazanır və “Forbes” jurnalının 2015-ci ildə dünyanın 50 ən “qaynar startap”ları siyahısına düşüb. “Forbes” jurnalı "PicsArt"-ı 250 milyon dollar civarında dəyərləndirib ki, bu da Ermənistan korporativ standartlar üçün yüksək rəqəmdir.
Digər Ermənistan mobil tətbiqetmə üzrə şirkəti "ARLOOPA "2015-ci ildə ilin startaplarları ilə bağlı Kaliforniyada keçirilən tədbirdə 100-dən çox startap-ın arasında ən yaxşılardan biri olub.
Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri Birliyinin rəhbəri Karen Vartanian deyib ki, onlar böyük Qərb firmaları cəlb etməkdənsə milli məhsulların inkişafına nail olmalıdırlar.
Ermənistan hökuməti də İKT-in inkişafında startap-ların əhəmiyyətini anlayır. Buna görə də 2014-cü ildə qəbul edilən qanunla 30 nəfərdən çox işçisi olan yeni İKT firmalarına vergi güzəştləri tətbiq edilir. Vergi güzəştləri 2019-cu ilə qədər qüvvədədir.
Yeni İKT-ə vergi güzəştləri
Ölkənin iqtisadiyyat naziri Naira Nikoghosian AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, vergi güzəştləri öz təsirini göstərib və 2014-cü ilin dekabrından bəri qeydiyyatdan keçən İKT firmalarının sayı artıb.
İKT mütəxəssisləri deyirlər ki, Ermənistan universitetlərində komputer üzrə təhsil adekvat olarsa, bu sahə daha sürətlə inkişaf edər. Bir çox məzun əlavə treninqlər keçmədən İKT kampaniyalarında işləmək üçün keyfiyyətə sahib olmurlar. Bu sahədə hələ də 2000 boş iş yeri öz namizədini gözləyir.
Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri Birliyi 2008-ci ildən bəri 80-nə yaxın orta məktəbdə tədris verməyə çalışır. Birliyin rəhbəri Vartanian deyir ki, şagirdlər məktəbi qurtarandan sonra İKT firmalarında işləmək üçün bacarıqlara yiyələnəcəklər.
12 yaşdan yuxarı minlərlə şagird Yerevan Yaradıcı Texnologiyalar Tumo Mərkəzində əsasən computer proqramları, robotların və annimasiyaların hazırlanması ilə məşğul olurlar.