Ermənistan tərəfi Qarabağda 1 əsgərinin öldüyünü bildirir

Foto arxiv.

Ermənistan ordusu Dağlıq Qarabağ istiqamətində bir əsgərinin öldüyünü bildirir.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti sentyabrın 22-i axşam saatlarında ölkənin müdafiə nazirliyinə istinadla xəbər yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata gərə, əsgər Artsax Ovsepyan qoşunların şərq istiqamətindəki təmas xəttində, Azərbaycan tərəfdən açılan atəş nəticəsində həlak olub.

Azərbaycanın müdafiə nazirliyi hələlik insidentə münasibət bildirməyib.