Ermənistan Rusiya qazını 'ən ucuzdan' da ucuz almaq istəyir

Gazprom şirkətinin Ermənistan filialı

Ermənistan hökuməti Moskva və Rusiyanın dövlət qaz nəhəngi Gazprom şirkəti ilə ölkəyə verilən qazın qiymətinin aşağı salınması məqsədilə danışqılar aparır.

Ermənistan enerji və təbii ehtiyatlar nazirinin əvəzi Garegin Baghramian noyabrın 8-də jurnalistlərə deyib ki, danışıqların əsas mövzusu Ermənistanın Rusiyadan aldığı təbii qazın qiymətinin aşağı salınmasıdır. Nazir bundan başqa detalları açıqlamayıb.

O əlavə edib ki, təfərrüatlar barədə yalnız Rusiya Energetika Nazirliyi və Gazprom şirkəti ilə danışıqlar başa çatdıqdan sonra danışmaq olar.

Hazırda Gazprom özünün Ermənistanda yerləşən filialına qazın hər kubmetrini 150 dollara satır.

Ermənistan filialı ölkədə qazın paylanması üçün şəbəkəyə malikdir. Fərdi istehlakçılar qazı bu şəbəkədən hər kubmetri üçün 284 dollara alırlar.

Keçmişdə Rusiya qazının Ermənistan sərhədindəki alış qiymətinin 150 dollar olmasına baxmayaraq onun ölkə daxilində az qala iki dəfə baha satılması ictimaiyyətin narazılığına səbəb olub.

Bəzi məlumatlara görə baş nazir Nikol Pashinian Ermənistana satılan qazla bağlı məsələni sentyabr ayında Moskvada olarkən prezident Vladimir Putinlə müzakirə edib.

O vaxt Putin demişdi ki, Gazprom şirkətinin bütün dünyada ən ucuz qaz satdığlı ölkə Ermənistandır.

Bu yaxınlarda Ermənistan parlamenti vətəndaşların qazın bahalığından şikayətləri ilə bağlı məsələni müzakirəyə çıxarıb.

2015-ci ildə elektrik qiymətlərinin bahalığı ilə bağlı geniş xalq etirazları olmuşdu.