Ermənistanın prezidenti Armen Sargsyan xaricdə əməliyyat olunub. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Amma onun nədən və hansı ölkədə əməliyyat olunduğu barədə heç bir informasiya verilmir.
Qeyd olunur ki, yaxın günlərdə Armen Sarkisyan əməliyyatdan sonrakı reabilitasiyadan keçəcək.
66 yaşlı Armen Sargsyan 2018-ci ilin fevralından Ermənistanın prezidentidir.